!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda baş həkim vəfat etdi - FOTO

!Reklam – Yazi

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov bu gün səhər saatlarında kəskin ürək çatışmazlığı səbəbilə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Abasov Lətif Bahadır oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub.

O, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda anestezioloq-reanimotoloq ixtisası üzrə internatura keçib. Təhsil almaqla yanaşı, o, 1986-1988-ci illərdə Milli Onkologiya Mərkəzində tibb qardaşı kimi çalışıb.

1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb.

2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən hazıradək baş həkim vəzifəsində fəaliyyət göstərib.

 

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv