!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda baş verən zəlzələ Dağıstanın bir neçə şəhərində də hiss olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Zəlzələ Dağıstanın bir neçə şəhərlərində də hiss olunub

Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Rusiya Federasiyasının Dağıstan Respublikasının Xəzər dənizi ilə sərhəd yaşayış məntəqələrində də hiss olunub.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunur ki, zəlzələni Dərbənd və Mahaçqala şəhərlərində yaşayan əhali hiss edib. Lakin yeraltı təkanların gücü zəif olduğundan hər hansı dağıntı qeydə alınmayıb.

***

10:36

Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.

Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi yayıb.

Qeyd olunur ki, Qazaxıstan Aktau şəhərində Rixter cədvəli üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zəlzələnin episentri Almatıdan 2 289 kilometr aralıda, Azərbaycan ərazisində, Xəzər dənizində, 35 metr dərinlikdə yerləşib”, – məlumatda bildirilir.

Mənbə: Tengrinews

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv