!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda benzin və dizel bahalaşacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanda dizel yanacağının qiymətində artım gözlənilir”.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Bu barədə hələ heç bir anonsun verilmədiyini xatırladan İ.Şaban fikirlərini belə davam etdirib: “Yəni hansı ayda və necə olacağı hələ dəqiqləşdirilməyib. Ancaq Heydər Əliyev adına Neft Emalı Zavodu “Avro-5” standartına uyğun dizeli istehlakçılara verməlidir. Hazırkı standart isə “Avro-2″dir. “Avro-5″in keyfiyyət parametrləri və ona çəkilən xərclər, təbii ki, “Avro-2″dən çoxdur. Bu məntiqlə düşünsək, dizelin qiymətində müəyyən qədər artımlar gözləniləndir”.

İ.Şaban bununla yanaşı bildirib ki, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdə benzin və dizelin qiymətində artım olub-olmamasının Azərbaycanda yanacaq qiymətlərinə heç bir təsiri yoxdur: “Onlarda bu qiymətləri bazar təyin edir və formalaşdırır. Ona görə də yanacaq doldurma məntəqələrində qiymətlər müxtəlifdir. Bizdə isə bunu dövlət tənzimləyir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, Türkiyə, Gürcüstan və Rusiyada benzin bazarı liberaldır və onlarda qiymət dünya bazarından asılıdır.

Qeyd olunan ölkələrdə yanacaq bazarının dövlət tərəfindən tənzimlənmədiyini deyən ekspert vurğulayıb ki, bu baxımdan Azərbaycanla onları müqayisə etmək doğru olmaz: “Azərbaycanda həm “Aİ-92”, həm də dizel yanacağı dövlət tərəfindən tənzimlənir. Ümumilikdə, Azərbaycanda yaxın gələcəkdə benzin qiymətlərinin artmasını düşünmürəm. Çünki Azərbaycan premium markalı benzinin çox baha olduğu bir ölkədir. Bu, yeganə benzin növüdür ki, rəsmi qərara görə onu bazar tənzimləməli və liberal rəqabət qanunları işləməli idi. Amma burada da “SOCAR”ın dominantlığı hökm sürür.
Rusiya ilə müqayisədə bizdə premium markalı benzin təqribən 40% bahadır. Ona görə də, ən azından bu markalı benzinin qiymətində müəyyən dəyişiklilər həyata keçirilə bilər”.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv