Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda “Beynəlxalq Loqopedlər Günü” qeyd olundu - FOTOLAR

Azərbaycanda “Beynəlxalq Loqopedlər Günü” keçirilib.

Tədbirdə Azərbaycanın tanınmış həkimləri, loqopediya sahəsində çalışan mütəxəssislər, ekspertlər və media nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları son illərdə Azərbaycanda loqopediya sahəsində problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlərin görüldüyündən bəhs edərək, bu sahədə ciddi marifləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd ediblər.

Tədbirin sonunda Qüsursuz nitq və korreksiya Mərkəzinin rəhbəri Esmira Qafarova çıxış edərək əsas məqsədlərinin cəmiyyətə xeyir vermək və ölkədəki nitq qüsurlu uşaqları müalicə etmək olduğunu bildirib.

Loqopediya sahəsi üzrə biliklərin mübadiləsi, dünyada bu sahə üzrə baş verən yeniliklərin Azərbaycanda da tətbiqinin konsepsiyasının müəyyən edilməsini müzakirə edən tədbir iştirakçıları tədbirin keçirilməsi üçün Esmira Qafarovaya və Azərbaycan Dövlət Pedoqoji Kollecinin rəhbərliynə təşəkkür ediblər.

Xatırladaq ki, 14 noyabr dünyada Beynəlxalq Loqopediya Günü kimi qeyd edilir.

www.yenicag.az

2622
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100