Bu gün 15 sentyabr Bilik Günüdür. Paytaxtın bir sıra orta məktəblərində Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də paytaxtın Xətai prospektində yerləşən 177 saylı orta məktəbdə baş tutub.
Yenicag.az xəbər verir ki, tədbirdə məktəbin tarixi, nailiyyətləri və bugünü haqqında söhbət açılıb, məktəblilərin əldə etdiyi uğurlar diqqətə çatdırılıb.
Yığıncaqda iştirak edən Millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyev Azərbaycan Respublikasının orta məktəblərin inkişafına daima diqqət yetirdiyini vurğulayıb, həmçinin 177 nömrəli məktəbin Azərbaycan təhsilində önəmindən söz açaraq, məktəbliləri və valideynləri təbrik edib, onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 177 nömrəli məktəbin birinci sinif şagirdləri sırasında jurnalist həmkarımız Zaur Mirzəzadənin də övladı var.
Yenicag.az olaraq, həmkarımızın övladına məktəb illərində uğurlar arzu edirik.