!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bioenerji sahəsində pilot layihələr hazırlanır

!Reklam – Yazi

Azərbaycanda bioenerji sahəsində pilot layihələrin istiqamətləri bu gün keçirilən “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi Qrupun ilk iclasında müzakirəyə çıxarılıb.

Bu barədə Yenicag.az-a Energetika Nazirliyinin məlumat verilib.

“İclasda pilot layihələrin istiqamətlərinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb”, – məlumatda deyilir.

Onlayn formatda keçirilən iclası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini, İşçi Qrupun rəhbəri Kamran Hüseynov giriş sözü ilə açaraq ölkəmizdə bioenerji potensialı, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasında bioenerji potensialından istifadənin mümkünlüyünü diqqətə çatdırıb.

AREA-nın şöbə müdiri Rəna Hümbətova bioenerji istehsalında beynəlxalq təcrübələr barədə məlumat verib. O, İşçi Qrupun yaradılmasının əhəmiyyətini qeyd edərək qarşıda duran əsas tapşırıqlar barədə ətraflı danışıb. Üzv qurumlar tərəfindən təqdim olunan məlumatlar ətrafında müzakirələr aparılıb.

İclasda energetika, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı və iqtisadiyyat nazirlikləri, “Azərsu” və “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

İşçi Qrup Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılıb.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv