!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bir qəsəbədə 58 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNDİ

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın xəstəxanaya müraciət etməsinə açıqlama verib. 

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib:

“Hazırda faktla bağlı araşdırma aparılır”.

 

*** 10:00

 

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

Yenicag.az xəbər verir ki, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv