!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda böyük özəlləşdirməyə HAZIRLIQ: “Səhmlərinin satılması planlaşdırılan müəssisələr...”

!Reklam – Yazi

“Hökümətdə həmin müəssisələrin öz profillərində fəaliyyət göstərəcəklərinə, rentabelliliyi qoruyub saxlayacaqlarına və vergiləri ödəyəcəklərinə təminat olmalıdır”.

Bu fikirləri Azərbaycanda SOCAR da daxil olmaqla, dövlətə məxsus böyük şirkətlərin səhmlərinin bir hissəsinin yerli və ya xarici investorlara satılması üçün ilin sonuna qədər təkliflərin hazırlanacağına dair məlumatı şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hökumətin həmin şirkətlərə məxsus səhmlərin nəzarət zərfini öz əlində saxlayacağı, yaxud da kifayət qədər azaldacağı hələ ki məlum deyil:

“Haqqında danışılan prosesdə SOCAR-ın səhmlərinin bir hissəsinin satılması nəzərdə tutulur. Sadəcə, burada fərq Dövlət Neft Şirkətinin deyil, onun müəssisələrinin səhmlərinin satılmasıdır. Bu da özlüyündə özəlləşdirmədir. SOCAR-ın səhmlərinin yüz faizi dövlətə məxsusdur. Lakin Mətin Eynullayevin elan etdiyi kimi, bununla bağlı təkliflər 9 ay müddətində hazırlanıb investorlara təqdim olunacaq.

Bu prosesdə səhmlərinin bir hissəsinin satılması planlaşdırılan müəssisələr Metanol, Karbamid və “Azərkimya”nın Propilen zavodlarıdır. Burada məsələ dövlətin payının azaldırması, faktiki olaraq, səhmdar cəmiyyətə çevrilməsidir. Hökumətin nəzarət zərfini öz əlində saxlayacağı, yaxud da kifayət qədər azaldacağı hələ ki məlum deyil.

Təbii, bu məsələ İqtisadiyyat Nazirliyinin investorlarla müzakirələrindən və yatırılacaq investisiyadan, yaxud gələcək fəaliyyətlərindən qaynaqlanan mümkün danışıqlarından asılı olacaq. Çünki hökümətdə həmin müəssisələrin öz profillərində fəaliyyət göstərəcəklərinə, rentabelliliyi qoruyub saxlayacaqlarına və vergiləri ödəyəcəklərinə təminat olmalıdır.

SOCAR çox nəhəng sturukturdur. İstər sovet, istərsə də mütəqillik illərində iqtisadiyyatda neft sənayesi qədər yükü olan başqa bir istehsal sahəsi olmayıb. İndi onun kiçik bir hissəsinin satışa çıxarılması nəzərdə tutulur. SOCAR-ın ən böyük istehsal müəssisəsi onun Hedər Əliyev adına Neft Emalı Zavodudur. Bu zavodda 2015-ci ildə başlayan modernizasiya işləri hələ tam başa çatmayıb. Davam edən işlərin sürətini artırmağa yönəlik cəhdlər isə istənilən nəticəni verməyib”.

İsmayıl Bakuvi

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv