!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu günə qədər neçə vaksin vurulub?

!Reklam – Yazi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 vaksin vurulub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə 4 578 492 nəfər təşkil edir. Ümumilikdə isə 938 767 “buster” doza vurulub.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv