!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu icra başçısı fəaliyyətini dondurdu – İDDİA

!Reklam – Yazi

Azərbaycanda bu icra hakimiyyəti əlaqə nömrələrini dondurdu.

Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) rəsmi internet resursunda qeyd edilən əlaqə telefonlarının heç birisi işləmir.

Yenicag.az xəbər verir ki, bu barədə İnterpress.az-a RİH-in fəaliyyətindən narazı olan bir qrup rayon sakini məlumat verib.

Onların sözlərinə görə, rayon ərazisində mövcud problemlərlə bağlı yerli icra hakimiyyəti orqanını məlumatlandırmaq problemin özündən də böyük bir problemə çevrilib.

Sakinlər deyir ki, istər binalardakı lift və digər problemlərlə bağlı, istər yol və küçələrin təmiri və işıqlandırılması, məhəllələrin abadlaşdırılması, istərsə də digər aidiyyəti problemlərlə bağlı rayon icra hakimiyyətini məlumatlandıra bilmirlər.

Onlar buna səbəb kimi RİH-in rəsmi internet resursunda qeyd edilən əlaqə telefonlarının heç birisinin işləmədiyini söyləyiblər.
Eyni zamanda, RİH-ə gedənləri isə inzibati binanın içərisinə daxil olmağa, icra başçısının, müavin və digər aidiyyəti şəxslərin qəbulunda iştirak etməyə imkan vermirlər.

Rayon sakinləri buna görə RİH-in və şəxsən icra başçısı Elgin Həbibullayevin fəaliyyətindən narazılıqlarını dilə gətiriblər.

Rayon sakinləri artıq bir müddətdir ki, icra başçılarının vətəndaşları niyə qəbule tməməsinin səbəblərini tapmağa çalışırlar.

Ümid edirik ki, E.Həbibullayev özü ilə bağlı bu problemləri aradan qaldıracaq, vətəndaşları qəbul edəcək və onların problem və şikayətlərini dinləyəcək.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv