!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu il benzin və dizel istehsalı kəskin artdı

!Reklam – Yazi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar-aprel aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.05.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton 471,7 131,1 33,7
Ağ neft, min ton 179,5 107,3 28,3
Qazoyllar (dizel yanacağı), min ton  

751,5

 

126,1

 

107,8

Mazut, min ton 3,1 8,5 1,7
Sürtkü yağları, min ton 21,1 146,5 7,3
Maye qazlar, min ton 91,7 124,1 1,6
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

min ton

 

 

365,2

 

 

89,6

 

 

45,6

ondan:      
neft bitumu, min ton 55,4 56,8 9,7
neft koksu, min ton 84,3 145,8 35,4

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv