!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı - FOTO

!Reklam – Yazi

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 49 milyon 629 min ABŞ dolları dəyərində 51 min 388 ton günəbaxan yağı idxal edib.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 milyon 238 min dollar və ya 36,4% çox, həcm baxımından isə 8 min 432 ton və ya 14,1% azdır.

2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 36 milyon 391 min dollar dəyərində 59 min 820 ton günəbaxan yağı idxal edilib.

1 ton günəbaxan yağının idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 966 dollar, 2022-ci ilin eyni dövründə 608 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 357 dollar (58.8%) bahalaşma baş verib.

Ümumilikdə isə 1 kq günəbaxan yağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,64 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,03 manata (0,61 manat bahalaşma) başa gəlib./fed.az

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv