!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI - SİYAHI

!Reklam – Yazi

Bu ilin martında qida məhsullarının qiyməti fevrala nisbətən 1,3 faiz yüksəlib.

Yenicag.az xəbər verir ki, ay ərzində qida məhsulları arasında ən yüksək bahalaşma meyvələrdə müşahidə edilib.

Meyvələrin qiyməti təxminən 5,1 faiz artıb. Bu məhsullardan daha çox naringinin, portağalın, narın, almanın və bananın dəyəri yüksəlib.

Digər ərzaq mallarının heç birində belə yüksək artım baş verməyib. Bununla belə bəzi ərzaq məhsullarının qiymət səviyyəsi qida məhsullarındakı orta bahalaşma sürətindən daha çox yüksəlib. Dəyəri daha çox artan ərzaq məhsulları arasında balıq və balıq məhsulları (2,2 faiz bahalaşma), ət və ət məhsulları (2,1 faiz bahalaşma) və tərəvəzlər (1,7 faiz bahalaşma) seçilib.

Ərzaq məhsulları arasında ucuzlaşan mallar da var. Bunlar yumurta və çörəkdir. Ay ərzində yumurtanın qiyməti 3 faiz, çörəyin qiyməti 0,2 faiz enib.

Ümumilikdə, qida malları arasında düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin dəyəri daha çox artıb.

Çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində isə daha çox ucuzlaşma baş verib.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv