!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu otellər cərimələnəcək

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə – fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə – iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..

“Turizm haqqında” qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə – üç yüz manat məbləğində cərimə ediləcək.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə – iki yüz manat məbləğində cərimə ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv