!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

!Reklam – Yazi

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə cərimə müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib./unikal

www.yenicag.az

89
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv