!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu şəxslərin maaşları artırıldı

!Reklam – Yazi

Bakı Dövlət Universiteti (BDU) rektorluğunun genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Yenicag.az-a verilən məlumata görə, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqı dekabr ayının 1-dən 130-manatadək artırılıb. Artım ümumilikdə universitetin 3000 mindən çox əməkdaşına şamil edilib.

Bundan əlavə, hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq fərqlənmiş əməkdaşların əməkhaqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses, təxminən, 300 nəfərə şamil olunur.

Qeyd edək ki, 90-dan çox beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

www.yenicag.az

5824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv