!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pul hərisliyinin insanları saldığı TƏLƏ: “Yüksək maaşlı işlə təmin olunmaq istəyi və ya...”

!Reklam – Yazi

“Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün insanların məlumat qaynaqları artırılmalıdır”.

Bu fikirləri vətəndaşların müxtəlif dələduzluq hallarına məruz qalmalarının intensivləşməsi fonunda maarifləndirmə işlərinin zəruriliyindən danışan sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, insanların yalnız maddi məsələlərdə yox, bütün sahələrdə savadlılığının artırılması çox vacibdir:

“Bir çox hallarda insanlar pul hərisliyi üzündən dələduzların tələsinə düşürlər. Yüksək maaşlı işlə təmin olunmaq, yaxud da külli miqdarda pul yatırımı etməklə, daha çox qazanmaq istəyi onları maddi zərərə uğradır.

O baxımdan, insanların yalnız maddi məsələlərdə yox, bütün sahələrdə savadlılığının artırılması çox vacibdir. Müvafiq qurumlar bununla bağlı əhali arasında maarifləndirici tədbirlər həyata keçirə bilərlər. Lakin bütün hallarda insanlar özlərinin analiz qabiliyyətini yüksəltməlidirlər.

Hansısa iş elanı və ya “motivasiya” yaradan təhrikedici paylaşımlarla qarşılaşarkən, insanlar o təklifləri götür-qoy etməli, araşdırma aparmalıdırlar. Əlaqələri varsa, bu sahədə təcrübəsi olan mütəxəssislə məsləhətləşmək vacibdir.

Ən primitiv nümunə kimi internet resurlarını göstərə bilərik. Konkret şəxslər internetin imkanlarından yararlanaraq, yaxud hüquqi yardım mərkəzinə müraciət edərək tələyə düşüb-düşməyəcəklərini müəyyənləşdirməlidir.

Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün insanların məlumat qaynaqları artırılmalıdır. Bu, televiziya verilişləri, sosial şəbəkələrdə insanların izlədiyi kanallar və spesifik səhifələr ola bilər. Bir sözlə, insanlar ən çox harada vaxt keçirirlərsə, orada təbliğat işləri gücləndirilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv