!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu telekanalın yayımı birdəfəlik dayandırıldı

!Reklam – Yazi

Bu gün səhər saatlarından etibarən “ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

Yenicag.az xəbər verir ki, “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli “ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edildiyini bildirib:

“Buna “ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan “ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi”.

“ARB Media Qrup”a daxil olan digər tematik kanal olan “ARB Günəş”in taleyi barədə də danışan Ozal İbrahimli bildirib ki, “ARB Günəş” Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır.

Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alaraq, “ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür./Oxu.az/

www.yenicag.az

1653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv