!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ciddi risklər yaradan SU QITLIĞI: “Kanallarda təqribən 40 faiz itkiyə yol verilməsi...”

!Reklam – Yazi

“İşğaldan azad olunan əraziləri də nəzərə alsaq, kənd təsərrüfatında suya daha çox ehtiyac var”.

Bu fikirləri Azərbaycanda sudan istifadə və ümumi suvarma sisteminin mövcud vəziyyətini təhlil edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, qonşu ölkələrə nisbətən Azərbaycanda əhalinin çoxluğu su probleminə yol açan amillər sırasındadır:

“Azərbaycan doğrudan da, ciddi su qıtlığı yaşayan ölkələrdən biridir. Bu da bizim əsas su arteriyalarımız olan Kür və Araz çaylarının ən sonuncu istehlakçıları olmağımızdan irəli gəlir. Yəni coğrafi baxımdan bizdən qərbdə yerləşən ölkələr həmin çaylardan daha çox istifadə etmək imkanlarına malikdirlər. Eyni zamanda qonşu ölkələrlə müqayisədə bizdə əhalinin də sayı çoxdur.

İşğaldan azad olunan əraziləri də nəzərə alsaq, kənd təsərrüfatında suya daha çox ehtiyac var. Buna görə də su qıtlığının aradan qaldırılması istiqamətində təsirli addımlar atılmasa, problem daha da dərinləşəcək. BMT-nin hesabatlarında da son 30 ilin ən böyük problemlərindən birinin məhz su çatışmazlığının olması göstərilir.

Hökumətin bu problemin həllinə yönəlik müəyyən addımlar atdığını qeyd etməliyik. Məsələn, Prezidentin sərəncamı əsasında Xəzər dənizinin suyunun şirinləşdirilməsi istiqamətində fəaliyyət həyata keçirilir. Bütün bunlar problemin həllinə təkan verə bilər.

Lakin bu addımların yetərli olması şübhə doğurur. Azərbaycanda kənd təsərrüfatında effektiv suvarma sisteminin qurulmasına ehtiyac var. Ölkədəki su kanallarında təqribən 40 faiz su itkisi olur. Həmçinin torpaq kanalların betonlaşdırılmasına ehtiyac var. Bundan başqa, damcı yol ilə suvarmanın tətbiqi kənd təsərrüfatında su israfını təqribən iki dəfə azalda bilər və bu da su təminatında müsbət hal olar”.

Yusif Səmədzadə

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv