!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda cins ayrı-seçkiliyi PROBLEMİ: "Qız uşaqlarının dəyərinin artırılması..."

!Reklam – Yazi

“Azərbaycan doğulan uşaqlar arasında cins nisbətinin ən çox pozulduğu ölkələr arasında birinci yerdədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin media mənsublarının iştirakı ilə keçirdiyi “Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” təlimində çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev deyib.

O bildirib ki, mövcud şəraitdə gender əsaslı cins seçimi məsələsi Azərbaycandakı ciddi problemlərdən biridir:

“BMT-nin Əhali Fondu 10 ildən artıqdır ki, oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirir. Biz bu fenomenlə mübarizə üçün müxtəlif səviyyələrdə işləyirik. Əsas prioritetlərimizdən biri Azərbaycanda mövcud olan bu ciddi problemi daha geniş miqyasda müzakirə edərək həm problemin mövcudluğu, həm də qarşısı alınmazsa, onun səbəb ola biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq, eyni zamanda, qız uşaqlarının dəyərini təşviq etməkdir.

Qeyd etməliyəm ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün “dördüncü hakimiyyət” hesab edilən media sektorunun da bu işə töhfəsi çox əhəmiyyətlidir”.

Gülşən Şərif

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv