!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda çökdürülən casus şəbəkəsi: "Ermənistanla İran bütün variantlardan istifadə edərək..."

!Reklam – Yazi

“Ermənilər artıq Qarabağ məsələsi, hansısa hərbi obyektin yeri, fotosu üzərindən fəaliyyət göstərmirlər. Onlar etnik azlıqlar üzərindən fəaliyyət göstərib ölkədə qarışıqlıq yaratmaq istəyirlər”.

Bu fikirləri Azərbaycanda İran və Ermənistana casusluq edən şəbəkənin aşkarlanması haqqında danışan təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, etnik azlıq məsələsi Azərbaycanın zəif tərəfi kimi göstərilir:

“Bütün dövlətlər bir-biri ilə casus fəaliyyətində olur. Hətta dost dövlətlər belə əməkdaşlar, məxfi məlumatlar əldə etmək üçün casus fəaliyyətini həyata keçirir. O ki qaldı düşmən dövlətlərə, aydın məsələdir ki, Ermənistanla İran bütün variantlardan istifadə edərək casus şəbəkəsi yaradacaq.

Misal üçün, sonuncu əməliyyat. İranın “Kərimə” dövləti yaratmaq istəyi yeni məsələ deyil. “Kərimə” adı təzə olsa da, İranın məqsədi Azərbaycanı öz təsiri altına salmaq, şiəlik ideologiyasını dövlət ideologiyası şəklinə gətirmək və burada şəriət dövləti qurmaqdır. İran bütün variantlardan istifadə edir.

Ermənistan üçün hansısa etnik azlığın burada bir iş görməsi, kiminsə onlara hərbi obyektin şəklini çəkib göndərməsi vacibdir. İranın əsas məqsədi isə total şəkildə Azərbaycan vətəndaşlarını “verbofka” etməkdir. Bura general da aid ola bilər, evdar qadın da. General məlumatları çatdıracaq, evdar qadın çıxıb səfirliyin, məscidin qabağında “ağam, ağam” deyəcək. İranın casus şəbəkəsi ifşa olundu deyəndə ən azı 10 nəfər üzə çıxır. İran üçün əsas say çoxluğudur. İran casusluq xəttini iki yöndə aparır. Bir yandan ideoloji xətdir, digər yandan isə terror xətti. İranın casusluğa cəlb etdiyi adamlar təkcə “ağam, ağam” deməklə işi bitmiş saymır. Onlara deyirlər, get “Molotov kokteyli”, bomba hazırla, ictimai fəalı öldür, İran əleyhinə danışanları, rəsmi şəxsləri hədəfə götür.

Hazırda üzə çıxanlar İranın casus şəbəkəsinin dəryada bir damlasıdır. 30 ildir İran bu işlə məşğuldur.

Ermənistanla sabah sülh müqaviləsi imzalayaq, müharibə etməyək, dost olaq, yenə də onlar casusluq fəaliyyətini davam etdirəcəklər. Biz də, təbii ki, onlara qarşı edəcəyik. Bu, qanunauyğunluqdur. Düşmən ölkələr bir-birinə qarşı bundan istifadə edir. Ermənilər artıq Qarabağ məsələsi, hansısa hərbi obyektin yeri, fotosu üzərindən fəaliyyət göstərmirlər. Onlar etnik azlıqlar üzərindən fəaliyyət göstərib ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Onlar hətta Azərbaycanda ikinci separat bölgə yaratmaq niyyətindədirlər. Ona görə də sonuncu ifşa olunan Rəşad Əhmədov sadəcə etnik azlıq deyil, Azərbaycana nifrət edən etnik azlıqdır. O təkcə pul qarşılığında xəyanət edən biri deyil, o, Azərbaycan dövlətinə qənim kəsilən etnik azlıqdır. Etnik azlıq məsələsi Azərbaycanın zəif bəndi kimi göstərilir. Həm şimaldan, həm cənubdan – Rusiya da, İran da, Ermənistan da istifadə edir. Zamanında metrodakı partlayışı da etnik azlıq törətmişdi. Onu da ermənilər “verbofka” etmişdilər. Etnik azlıqlarla bağlı məsələyə xüsusi xidmət orqanları uğurla nəzarət edir. Əldə etdikləri ciddi nəticələr də var”.

Səxavət Məmməd

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv