!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev “Unikal”a açıqlamasında bildirib ki, ölkədə çörəyin qiymətinin artması gözlənilmir.

“Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur”, – deyə komitə sədri bildirib.

www.yenicag.az

99
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv