!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda da, başqa ölkələrdə də FETÖ-nün kökü tamamilə qurudulmalıdır” – AKP millət vəkili

!Reklam – Yazi

“Xain terror şəbəkəsinin yenidən təşkilatlanaraq baş qaldırmasına heç bir halda imkan vermək olmaz”.

Bu fikirləri ötən gün Azərbaycanda FETÖ terror şəbəkəsinin mənsublarına qarşı keçirilmiş əməliyyatı dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AK Partiyadan olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kök saldığı ölkələrdə dövlətə qarşı ciddi təhdidə çevrilən FETÖ şəbəkəsinə qarşı tədbirlər ardıcıllıqla davam etdirilməlidir:

“Qardaş Azərbaycanda FETÖ əleyhinə daha bir əməliyyatın keçirilməsi, əlbəttə ki, məmnunedici haldır. Bildiyiniz kimi, 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra bu şəbəkəyə qarşı Türkiyədə, Azərbaycanda, o cümlədən, başqa ölkələrdə müxtəlif əməliyyatlar keçirilib, FETÖ-nün çox mühüm fiqurları zərərsizləçdirilib.

Bu çərçivədə Azərbaycanda da həmin dövrdən etibarən, FETÖ-nün məktəbləri qapadıldı, “imam”ları, digər fiqurları ifşa edilərək üzə çıxarıldı. Həmin şəbəkə doğrudan, çox təhlükəlidir. Dövlətin bütün mühüm strukturlarına yerləşərək çox ciddi təhdid yaradırdılar.

Baxın, bu şəbəkənin kökü nə qədər dərinə işləyibsə, onun sıradan çıxarılmasına yönəlik tədbirlər illərdir, davam etdirilir. Bir daha deyirəm, onlar çox təhlükəlidir və mövcud olduqları ölkələrdə legitim hakimiyyətləri çevrilişlə devirməyə yönəlik fəaliyyət göstərirlər.

O səbəbdən, Azərbaycanda da, başqa ölkələrdə də FETÖ-nün kökü tamamilə qurudulmalıdır. İnanıram ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində terror şəbəkəsinin mövcudluğuna son qoyulacaq”.

A.Zeynalov

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv