!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda daha 112 nəfər koronavirusa yoluxdu

!Reklam – Yazi

Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, 1 838 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv