!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda daha bir bank çökür - “Bank BTB” 2.7 milyon zərərdə

!Reklam – Yazi

Yola saldığımız 2023-cü ildə “Bank BTB” ASC-nin xalis zərəri 2 milyon 779 min manat olub.

Yenicag.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son 4 ilin 3-də “Bank BTB” ASC zərər edib.

Belə ki, 2022-ci ildə bankın xalis zərəri 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasının da direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiq uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladlarıdır.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv