!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB 3 yaşlı uşağın ölümü ilə bağlı məlumat yaydı - YENİLƏNDİ

!Reklam – Yazi

Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin “Report”un cənub bürosuna verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

***

15:08

Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şirinsu qəsəbəsində qeydə alınıb.

Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib.

Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər uşağa yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bununla son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq səkkizinci uşaq dünyasını dəyişib.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv