Azərbaycanda daha iki jurnalistdə koronavirus testi müsbət çıxıb.
Yenicag.az xəbər verir ki, “Cebhe.info” xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.
Ailədə ilk yoluxma jurnalistin xanımında qeydə alınıb.
Eyni zamanda, jurnalistin bacısı Nigar Abdullayevada da test nümunələri müsbət olub.
O, “Palitra” qəzetinin əməkdaşıdır.
Hazırda hər üç şəxsin müalicələri davam etdirilir.