Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.
Yenicag.az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.
Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxananın baş həkimi İftixar Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:
“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.
Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub./Qaynarinfo/