!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dəhşət - Avtobus 25 yaşlı qızı vurub öldürdü

!Reklam – Yazi

İsmayıllıda marşrut avtobusu piyadanı vurub.

Yenicag.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunun mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Bağıyeva Nərgiz Asif qızı rayonun Heydər Əliyev prospektindəki Uşaq Əyləncə Parkının qarşısında avtobusdan düşüb və yolu keçmək istəyərkən sürücü, 1987-ci il təvəllüdlü Babayev Anar Azər oğlu idarə etdiyi “SAZ” markalı 90-JN-759 dövlət nömrə nişanlı minik avtobusu digər sərnişini mindirmək üçün arxaya sürüb. Nəticədə N.Bağıyeva avtobusun altında qalaraq ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlayıb.

www.yenicag.az

6749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv