Azərbaycanda dəhşətli QƏZA – Polis öldü, hərbçi yaralandı

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenicag.az “Qafqaz.info”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölən şəxs – 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri – 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

Faktla bağlı araşdırma aparılır.