!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda din xadimlərinin maaşları artırıldı - RƏSMİ

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi istiqamətində çox mühüm addımlar atılıb, genişmiqyaslı sosial paketlər icra edilib. Bütün sahələrdə çalışan vətəndaşların əməkhaqları, o cümlədən, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütün bunlarla yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkili, habelə din xadimlərinə dövlət qayğısının təzahürü olaraq, rəsmi təyinat almış din xadimlərinə verilən maddi dəstəyin artırılması həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bunlar Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə göstərilən maddi dəstəyin artırılması məqsədilə Fondun Himayəçilik Şurasının 07.04.2022-ci il tarixli iclası keçirilib.

Şura ölkədə bütün sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib. Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb. Qərara əsasən artım cari ilin yanvar, fevral və mart aylarına da şamil edilməklə din xadimlərinin bank hesablarına köçürülməyə başlanılıb.

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv