Azərbaycanda doğulmuş və hazırda Rusiyada yaşayan erməni Bakıya gəlib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bagiryan Eduard Apkaroviçin səfərini platforma təşkil edib.
Məlumatda bildirilib ki, E.Apkaroviç hazırda Moskvada yaşayır. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.