Reklam

Reklam

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradıldı. Yeniçağ.az xəbər verir ki, yeni yaradılan qurumun rəhbəri Şəfəq Hüseynova təyin olunub. Ş. Hüseynova rəhbərlik edəcəyi AMADA-nın əsas istiqamətindən danışıb:

“Fəaliyyətimizi idmançıları dopinq testindən keçirtmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələri ətraflı müzakirə etmək, beynəlxalq əlaqələri inkişaf etdirmək istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testindən keçirtmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır”.
Ş.Hüseynovanın sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 435 dopinq testin keçirilməsi nəzərdə tutulub. O, IV İslam Həmrəyliyi Oyunlarında 18 nümayəndənin iştirak edəcəyini bildirib:

“Hazırda 18 dopinq zabiti hazırlayırıq. Onlar İslamiadada iştirak edəcək və sonra AMADA ilə birgə işləyəcək”. Onun sözlərinə görə, bütün idman növlərində, o cümlədən futbolda da dopinq-testlər tətbiq ediləcək.
Hüseynli bildirib ki, Azərbaycanda antilaboratoriyalar olmadığından hələlik, analizləri hara göndərəcəkləri tam müəyyənləşməyib:

“Çox güman ki, bütün dopinq testlər Köln laboratoriyasına göndəriləcək. Bizə uyğun yerlərin də axtarışı davam edir. Yekun qərar martda veriləcək”.

Qurum rəhbəri AMADA-nın tərkibində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını da vurğulayıb.

Aygün

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.