!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dörd yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü “TikTok”da paylaşdı: Polis hərəkətə keçdi - VİDEO

!Reklam – Yazi

Azərbaycanda dörd yeniyetmə oğlan bir nəfəri alçaldıb.

Oxu.Az-ın məlumatına görə, video “TikTok”da paylaşılıb.

Belə ki, onlar digər yeniyetmənin şərəf və ləyaqətini alçaldıb, bunu mobil telefonla çəkiblər.

Onlar oğlandan üzr istəməsini tələb ediblər. Daha sonra uşaqlardan biri oğlanın üz nahiyəsinə yumruq atıb. Hadisənin Ağdaşda olduğu ehtimal edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv