!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin müddəti müəyyən edilir

!Reklam – Yazi

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:

– dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun müddəti;

– özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.

Dövlət-özəl tərəfdaşlığı layihələri Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv