!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda dövlətə məxsus 75 nəqliyyat vasitəsi hərraca çıxarılır

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) aprelin 19-da, 21-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

Yenicag.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, I hərraca 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, II hərraca 32 nəqliyyat vasitəsi, III hərraca isə 23 nəqliyyat vasitəsi çıxarılacaq.

Ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulur ki, bunların arasında ABŞ, Koreya və Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 1983-2013-cü illərdə istehsal olunan bu nəqliyyat vasitələrinin marka və təyinatları müxtəlifdir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və əsasən bölgələrdə yerləşir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də ƏMDX-nın Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv