!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərinə dair tələblər hazırlanacaq - YENİLƏNDİ

!Reklam – Yazi

Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər hazırlanacaq.

Yenicag.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir

***

Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq.

Yenicag.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

– elektrik qurğularının quraşdırılması qaydalarını;

– elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

– elektrik qurğularının texniki istismar qaydalarını;

– elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müəyyənləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
-elektrik şəbəkəsinə dair qaydaları;
-sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini;
-elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını;
– qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını;
-mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

***

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda Nazirlər Kabineti 6 ay müddətində elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddəti müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv