!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elektrik enerjisi istehsalı 8 %-dək artdı

!Reklam – Yazi

Bu ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/s, yəni 7,7 % artaraq 7 milyard 756,2 milyon kVt/s olub.

Bu barədə Yenicag.az-a Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İstilik Elektrik Stansiyalarında (İES) 527,3 milyon kVt/st artaraq 7 milyard 387,4 milyon kVt/st, Su Elektrik Stansiyalarında (SES) 24,7 milyon kVt/s artaraq 277,9 milyon kVt/s, digər mənbələr üzrə isə 0,3 milyon kVt/s azalaraq 90,9 milyon kVt/s təşkil edib.

Bu dövrdə Külək Elektrik Stansiyalarında (KES) 7,8 milyon kVt/st (33,5 %) azalaraq 15,5 milyon kVt/s, günəş elektrik stansiyalarında (GES) 0,9 milyon kVt/st (7,2 %) artaraq 13,4 milyon kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 6,6 milyon kVt/st artaraq (11,9 %) 62 milyon kVt/s elektrik enerjisi istehsal edilib.

I rübdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 milyard 043,4 milyon kVt/s (İES-lərdə 6 milyard 781,1 milyon kVt/s, SES-lərdə 262,3 milyon kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 milyon kVt/s (İES-lərdə 61,5 milyon kVt/s, SES-lərdə 13,6 milyon kVt/s, Günəş ES-də 12,2 milyon kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 milyon kVt/s, müstəqil elektrik stansiyaları üzrə 613,7 milyon kVt/s təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 milyon kVt/s, ixracı isə 1 milyard 238,9 milyon kVt/s olub.

Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 milyon kVt/s və ya 11,7 % artaraq 2 milyard 579,3 milyon kVt/s olub. Bu dövrdə elektrik enerjisinin idxalı 10,2 milyon kVt/s, ixracı isə 402,9 milyon kVt/s təşkil edib.

 

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv