!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əmlak sığortası: "Bunu etməyən vətəndaşların cərimələnmə məsələsi..."

!Reklam – Yazi

“Nəzərdə tutulan sistem ciddi və təkmil şəkildə hazırlanmalıdır”.

Bu sözləri əmlakın sığortalanması üzrə hazırlanan yeni layihə haqqında fikirlərini bölüşən daşınmaz əmlak üzrə ekspert Vüqar Orucov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, real sığorta məbləği məhz əmlakın dəyərindən asılı olaraq müəyyənləşdirilməlidir.

“Əvvəla, qeyd olunmalıdır ki, sözügedən layihə yerində verilmiş qərar hesab olunur. Bildiyimiz kimi, daşınmaz əmlakın sığortalanması onu gələcəkdə yarana biləcək risklərdən xilas etməyə yönəlmiş addımdır ki, bunun sayəsində də sığorta edən şəxs zərər görərsə, müəyyən kompensasiya ala bilir. Sistemin işləmə mexanizmində isə ödənişlərin onlayn qaydada həyata keçirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Yəni ödənişlərin bu şəkildə tətbiq edilməsi uzun növbələrin və yaranan problemlərin qarşısını alır.

Ödəniş məbləğinə gəldikdə, Bakı şəhəri üzrə ödəniləcək kompensasiya 25 min manat təşkil edir. Lakin düşünürəm ki, real sığorta məhz əmlakın dəyərindən asılı olaraq dəyişməlidir. Tutaq ki, hər hansısa 1 milyon manat dəyərində olan əmlaka zərər dəyərsə, bunun qarşılığında kompensasiya olaraq 25 min manat ödəmək düzgün olmaz. Bu baxımdan, hər bir əmlak nümunəsi dəqiq hesablanmalı, nəzərdə tutulan sistem ciddi və təkmil şəkildə hazırlanmalıdır. Ödənişlər isə əmlakın dəyərindən asılı olaraq dəyişməlidir. Sığortalama prosesində həmin zona əmsallarından da istifadə etmək mümkündür. Bu da əmlakın dəyərinə uyğun olaraq ödənişlərin düzgün tətbiqinə kömək edəcək. Həmçinin paralel olaraq, sığorta etməyən vətəndaşların cərimələnmə məsələsi düzgün yanaşma sayılır. Bildiyimiz kimi, alqı-satqı məsələlərində əmlakın yerləşdiyi zonaya uyğun olaraq əmsallar müəyyən olunur”.

Yusif Səmədzadə

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv