!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

!Reklam – Yazi

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Yenicag.az-ın APA-ya istinadən xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv