“Azərbaycanda enerji içkilərinin satışı qadağan edilməlidir” – VİDEO

Azərbaycanda enerji içkilərinin qiymətində kəskin artım olub.

Enerji içkilərinin insan sağlamlığına vurduğu ziyanlarla bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra məlum içkilərin qiymətlərində artım gözlənilən idi. Yeni Vergi Məcəlləsinə görə, 2019-cu ildən etibarən enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək. Aksiz vergisin tətbiq edilməsi isə qiymətlərin artımını labüd edir.

Yenicag.az xəbər verir ki, dünəndən ölkənin bütün marketlərində enerji içkilərinin qiyməti 100% bahalaşıb.

Milli Məclisin deputatı Araz Əlizadə bildirib ki, enerji içkilərinin bahalaşması hələ ilkin mərhələdir:

“Bahalaşma əslində yaxşı haldır. Məndən olsaydı, Azərbaycanda ümumiyyətlə enerji içkilərinin satışını qadağan edərdim”.

Səxavət Məmməd