!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda fərdi SAHİBKARLIQ: “Qanunsuz yolla sizin biznesinizi...” - RƏY

!Reklam – Yazi

Hal-hazırda insanların çoxu dövlət və ya özəl müəssisələrdə işləmək əvəzinə fərdi sahibkarlığa üz tutur. Məsələn, kimisi kiçik mağaza açır, kimisi də onlayn ticarətlə məşğul olur. ABŞ və ya Avropada gənclərin bir qismi məktəbi bitirdikdən sonra bir müddət işləyir, daha sonra isə qazandıqları pulu biznesə yatırım edir. Sosial şəbəkələrə göz gəzdirsək, hər kəs öz kiçik biznesini reklam etməyə çalışır.

Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə biznes qurmaq üçün şərait var mı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, fərdi sahibkarlıq ölkəmizin ən çətin məsələlərindən biridir:

“Ona görə ki, Azərbaycanda fərdi biznes sahələrində inhisarlaşma var. Hətta kiçik mağazalar da get-gedə bağlanır. Çünki iri ticarət mərkəzləri onların yerini tutur. İnhisarlaşma çox güclüdür.

Bundan əlavə, sahibkarların hüquqları qorunmur. Yəni mülkiyyət hüququ istismar edilir. Məsələn mənim şəxsi əmlakımı, obyektimi və s. kimsə əlimdən ala bilməz. Amma bizdə bu belə deyil. Kimsə biznesinizi əlinizdən almaq istəsə, rahatlıqla alacaq. Təbii ki, qanunsuz yollarla.

Eyni zamanda müqavilələrin də rolu yoxdur. Müqavilə bağlayırsız, amma sonra qüvvədən düşür. Həmçinin sağlam rəqabət də yoxdur. Bizdə böyük bizneslərə şərait var. Hansı ki, əllərində inzibati alətlər var, dövlət orqanlarında çıxışlar edib və s”.

Şahanə Paşa

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv