!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda FETÖ-yə qarşı açılan CƏBHƏ: “Yeni həbslərin olacağını gözləmək mümkündür”

!Reklam – Yazi

“FETÖ ilə mübarizə çərçivəsində aparılan istintaqın gedişində daha ətraflı məlumat əldə etmək mümkün olacaq və bu proses davam edəcək”.

Bu fikirləri Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı həyata keçirilən son tədbirləri dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fətullahçı şəbəkə əleyhinə həyata keçirilən tədbirlər birmənalı təqdir olunmalıdır:

“Türkiyə dövlətinə və onun siyasi hakimiyyətinə qarşı düşmənçilik mövqeyində dayanan, qardaş ölkədə terror təşkilatı kimi tanınan FETÖ ilə bağlı Azərbaycanda görülən tədbirlər təbii ki, təqdir olunmalıdır. Hesab edirəm ki, Türkiyəyə qarşı çıxan hər hansı qüvvə eyni zamanda Azərbaycanın da düşmənidir.

Azərbaycanda ötən həftə FETÖ təmsilçilərinə qarşı əməliyyat keçirilməsi və bir neçə şəxsin həbs edilməsi tək ölkəmizdə yox, Türkiyə ictimaiyyəti tərəfindən də müsbət dəyərləndirildi. Ancaq biz təqdim olunan informasiya əsasında hələlik sadəcə, həbs faktından məlumatlıyıq, detalların nədən ibarət olduğunu bilmirik.

Fikrimcə, bu çərçivədə aparılan istintaqın gedişində daha ətraflı məlumat əldə etmək mümkün olacaq və bu proses davam edəcək. Yəqin ki, dindirilən şəxslər öz əlaqələri və onlara göstərilən dəstək barəsində Azərbaycanın daxilində olan müəyyən qüvvələrin adlarını çəkəcək, onların fəaliyyəti nəzarətə götürülərək araşdırılacaq.

Onların əməllərində cinayət tərkibi aşkarlanarsa, o halda yeni həbslərin olacağını gözləmək mümkündür”.

A.Zeynalov

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv