!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda film kimi qətl: Xəyanətkar ərini “siçan dərmanı” ilə öldürmək istədi - Məsələni killerlə həll etdi

!Reklam – Yazi

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları – Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə “siçan dərmanı” qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2022-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər. Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. M.Məmmədlinin ifadəsində məlum olub ki, o əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib. Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyəti olmadığını bildirib:

“Hadisə günü Bəxtiyar, Elvin və mən maşında gedəndə Əli Seyidli ilə maşınla üzbəüz gəldik. Uşaqlarla birlikdə Əlinin yaşadığı küçəyə gəlib gözlədik. Elvinin bu söhbətdən ümumiyyətlə xəbəri yoxdur. Bəxtiyara dedim ki, Əli bu oğlandır. Əli maşından düşəndə onu çağırdım. Bu vaxt Üstümə hücum edib, əlimə iki dəfə bıçaqla vurdu. Uşaqlar da buna görə mənə köməyə gəldilər. Məndə bıçaq olmayıb. Əlini öldürmək fikrim də yox idi. Əli darvazadan içəri girənə kimi gözlədik, sonra hadisə yerindən uzaqlaşdıq. Əlinin öldüyünü səhəri gün Leyladan eşitdim”.

Əli Seyidovun atası Yaşar Seyidov ifadəsində təqsirləndirilən şəxsin yalan danışdığını, oğlunu qəsdən öldürdüklərini deyib:

“Oğlumu təqib ediblər, həyətə gəlib dayanıblar. Əzizə bununla görüşüb. Bu qədər alçaqlıq olar? Nəyi çatmırdı axı?…” Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv