!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda Fransa agentləri ifşa olundu - İDDİA

!Reklam – Yazi

“Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlarda iştirak edən Fransa kəşfiyyatçılarının Azərbaycanda böyük agentura şəbəkəsi ortaya çıxıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın “İdentifikator” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə Fransanın Azərbaycandakı səfirliyinin tərkibində fəaliyyət göstərib və Fransanın sözdə “tərəfdaş” adlandırdığı ölkələrin nümayəndələrinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirib. Sözügedən şəbəkənin geniş əlaqələrinin olduğu, region ölkələrində təsir dairəsini genişləndirməyə hazırlaşdığı vurğulanır.

İstintaq məlumatlarına görə, uzun illər Fransa kəşfiyyatının əməkdaşı olmuş şəbəkə üzvlərindən biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladıqdan sonra şəbəkə üzvlərinin kimlikləri ortaya çıxıb. Bu əməkdaşlıq nəticəsində bəziləri Azərbaycanda xidmət etmiş və hələ də fəaliyyətdə olan, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransalı agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransanın agentura şəbəkəsinin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlərin təqdim edildiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycanın xüsusi xidmət orqanlarının apardığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycana qarşı bir sıra kəşfiyyat fəaliyyəti həyata keçirmiş şəxslər həbs edilib.

Nəşr qeyd edir ki, bu böyük uğursuzluğun Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracağı gözlənilir.

Hələlik Azərbaycan tərəfinin məsələ ilə bağlı rəsmi açıqlama vermədiyi qeyd olunur./AzPolitika.info

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv