!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gəmi satıldı: 61 min manata

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına, ümumilikdə, 112 sifariş qəbul edilib.

Yenicag.az xəbər verir ki, rəqabətli keçən hərracda gəmi satılıb. Belə ki, “Elxan Kazımov” gəmisinin start qiyməti 30 min manat olsa da, ən son təklif 61 min manata yüksəlib. Start qiyməti 8 min manat olan “MAZ5337” markalı nəqliyyat vasitəsi 14 min 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 146 545 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/34C7Yz linki vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar mayın 2-si, 16-sı və 23-də keçiriləcək. Hərraclara səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisə və obyekti, nəqliyyat vasitələri çıxarılıb.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv