Azərbaycanda gənc şair intihar etdi – FOTO

Dünən axşam saatlarında daha bir intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Əli Tənha adlı gənc şair həyatına qəsd edib. Onun ilik xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Həkimlər Əliyə 6 ay yaşayacağı ilə bağlı diaqnoz qoyublar. Gənc şairin intiharına səbəb kimi də ona qoyulan diaqnoz göstərilir.

Qeyd edək ki, Əli Tənha intihar etməzdən əvvəl sosial şəbəkədə hər kəslə vidalaşıb./Qafqazinfo/