!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gənclər siyasəti: "Yetişən nəsildə milli vətənpərvərlik duyğuları..." - TƏHLİL

!Reklam – Yazi

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər siyasətində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. 2018-ci ildə gənclər siyasətinin inkişafına xidmət edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ötən il üçün nəzərdə tutulan müddəaları icra edilib, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub.

Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üzrə aparılan işlər silsilə xarakterli islahatlar fonunda həyata keçirilir:

“Müstəqilliyin ilk illərindən bugünə qədər ölkəmizdə gənclər siyasəti dövlətin prioriteti halına gəlib. Heydər Əliyevin hakimiyyəti dövründə də gənclər siyasətinə xüsusi önəm verilirdi, gənclər Azərbaycanın gələcəyi üçün risksiz və uğurlu kapital hesab olunurdu. Bu istiqamətdə gənclərin tərbiyəsi, təhsil sahəsindəki uğurlarının artırılması üçün bir sıra addımlar atılırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi üzrə könüllü işlər təşkil olunub. Gənclərin işə qəbul olarkən ənənəvi iş təcrübələrini ödəyən tələblər üzrə müxtəlif dövlət qurumlarında, habelə özəl sektorlarda könüllülük fəaliyyəti əsasında təcrübə proqramları keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda müxtəlif könüllü təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlar Azərbaycan gənclərinin gələcəkdə əmək bazarında iş sektoruna daxil olması üçün lazımi təcrübələr həyata keçirir. Bundan başqa, dövlət xətti üzərindən xarici təhsil proqramlarının sayında artım müşahidə olunur.

Hər il yüzlərlə tələbə xarici universitetlərdə təhsil alır və onlara prezident təqaüdü təqdim olunur. Eyni zamanda ölkədən xaricdə yaşayan gənclərin milli kimliklərini itirməməsi üçün dövlət səviyyəli tədbirlər görülür. Bir sözlə, Azərbaycanda gənclər siyasəti məqbul sayıla bilər. Düzdür, müəyyən mənada problemlər də mövcuddur. Məsələn, işsizlik və yeni ailə qurmaq istəyən gənclərin mənzil təminatı kimi problemlər mövcuddur. Lakin bu problemlərin aradan qaldırılması istiqamətində işlərin görüldüyü müşahidə olunur. Belə ki,sosial evlərin tikilməsi və gənclərə güzəştli kreditlərin verilməsi üzrə işlər həyata keçirilir. Ümid edirəm ki, yaxın gələcəkdə gəncləri narahat edən problemlər öz həllini tapacaq. Gənclərin vətənpərvərlik hisslərinin tərbiyəsinə gəlincə, 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin könüllü şəkildə döyüşlərə qoşulması müşahidə olunurdu. Bu, dövlətin gördüyü işlərin uğurlu nəticəsi sayıla bilər. Vətənə bağlılıq məsələsində Azərbaycan gənclərinin milli şüuru kifayət qədər inkişaf edib.

Bu gün Azərbaycan gəncləri öz haqqını və hüquqlarını bilir, yeri gələndə öz fikirlərini də açıq şəkildə bildirirlər”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv