!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gənclər siyasətinin EFFEKTİ: “Onları yanlış yola çəkmək istəyənlərə qarşı...”

!Reklam – Yazi

“Dövlətin gənclər siyasəti yeni dövrün reallığına və tələblərinə uyğunlaşdırılmalıdır”.

Bu fikirləri Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi haqda danışan Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə gənclər siyasəti yüksək səviyyədə həyata keçirlir:

“Bildiyiniz kimi, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin bu sahədə atdığı ilk addımlardan biri 1994-cü ildə Gənclər və İdman Nazriliyinin yaradılmasıdır. Əlavə olaraq, 1997-ci ildə imzalanan səsrəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycanda Gənclər Gününün təsis edilməsi MDB və Şərqi Avropa məkanında bir ilk idi.

Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri məhz savadlı, müasir biliklərə yiyələnmiş vətənpərvər gənc nəsilin yetişdirilməsidir. Dövlət başçısı mütəmadi olaraq. gənclərlə görüşür, təəssüratlarını öyrənir, onları düşündürən məsələlər isə qəbul olunan müvafiq Dövlət Proqramlarına salınır. Vətən və torpaq məsələsində gənclərimizin hər biri sinəsini irəli verdi. 44 günlük Vətən müharibəsində bütün gənclərin Ali Baş Komandanın ətrafında birləşərək qəhrəmanlıq səlnaməsinin yazılmasında iştira etməsi uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir.

Dövlətin gənclər siyasəti yeni dövrün reallığına və tələblərinə uyğunlaşdırılmalıdır. Bu istiqamətdə düşünülmüş siyasi kursun aparılması alqışlanası haldır. Gənclər hər zaman dövlətin diqqətində saxlanılmalıdır. Çünki gənclik ağ vərəqdir, həmin vərəqə nə yazılarsa, məzmunu da o istiqamətdə formalaşar. Bu səbəbdən, xarici qüvvələrin əli ilə gənclərimizi yanlış yola çəkmək istəyənlərə qarşı mübarizəmizi daha da gücləndirməli, onları yad təsirlərdən qorumalıyıq.

Sağlam təfəkkürdə böyüyən hər bir gənc gələcəkdə ölkənin milli maraqlarının qətiyyətli müdafiəçisinə çevriləcək. Biz indiki gəncliyimizlə fəxr edirik və rahatlıqla “gələcəyimiz etibarlı əllərdədir”, – deyə bilərik. Bütün gəncləri 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, hər bir gəncimizə həyatda özünə uyğun mövqe tutaraq layiqli vətandaş olmağı arzulayıram”.

Nəsimi Ələsgərli

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv