Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda gizlənən oliqarx oğlu güllələndi

Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər yerli oliqarxlardan birinin oğlu Şamil Feyzullayevi güllələyiblər.

Yenicag.az xəbər verir ki, ilkin ehtimallara görə, o, dağıstanlılar tərəfindən öldürüldüyü iddia edilən Yarmət Yaraliyevin qohumları tərəfindən hücuma məruz qalıb.

Hadisə avqustun 4-də, gecə radələrində baş verib. O, öz “Toyota Camry” avtomobili ilə hərəkətdə olarkən iki naməlum şəxs tərəfindən saxlanılıb. Onlar Feyzullayevə travmatik tapançadan atəş açıblar. Bu üzdən də müxtəlif xəsarətlər alan Şamil sağ qalıb. Hazırda onun səhhətində ciddi bir problem olmadığı bildirilir.

Yerli mətbuatın iddiasına görə, son olaylar 2005-ci ildə dava zamanı öldürülən Yarmet Yarəliyevin qətli ilə əlaqəlidir. Həmin qətli törətməkdə isə məhz Şamil Feyzullayev ittiham edilib. Hadisədən sonra gənc dərhal ölkəni tərk edib. Əvvəlcə Azərbaycanda, sonra isə Fransada yaşayıb. Hüquq mühafizə orqanları onun axtarışına 5 il sərf ediblər. Lakin sonda Feyzullayev həbs edilib və Dağıstana ekstradisiya olunub. Məhkəmə əvvəlcə onu zaminə buraxıb, 5 ay sonra isə ümumiyyətlə bəraət verib.

www.yenicag.az

6609
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS